
Futbol üzrə Rusiya milli komandası Qətər yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFİ) rəsmi saytı məlumat yayıb.
Görüş sentyabrın 7-də Ər-Rayyan şəhərində yerləşən “Al-Sadd” stadionunda baş tutacaq.
Qətər millisi FIFA reytinqində 53-cü pillədə qərarlaşıb. Komandaya 2025-ci ilin yazından ispaniyalı mütəxəssis Xulen Lopeteqi rəhbərlik edir.
Rusiya və Qətər milli komandaları indiyədək dörd dəfə yoldaşlıq oyununda qarşılaşıblar. Sonuncu dəfə 2023-cü ilin sentyabrında keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, Rusiya Ukraynaya hərbi təcavüz etdiyi üçün FIFA və UEFA bayraqları altında təşkil olunan bütün turnirlərdən kənarlaşdırılıb.