
"Kəpəz" komandası Azərbaycan Premyer Liqasının yeni mövsümündə ilk ev oyunlarını Qəbələdə keçirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin rəsmi səhifəsi məlumat yayıb.
"Sarı-göylər" Gəncə şəhər stadionunun inşasının davam etməsi səbəbindən doğma şəhərlərindən kənarda oynamalı olacaqlar.
Arena matçların keçirilməsi üçün tam hazır vəziyyətə gətirildikdən sonra "Kəpəz" rəqiblərini Nizami yurdunda qəbul edəcək.
"Kəpəz"in əvəzedici komandası isə ötən mövsümlərdə olduğu kimi klubun Məşq Mərkəzindəki ehtiyat meydanda oynayacaq.