
“Şamaxıya qardaşımın oyununu izləməyə gəlmişdim".
Bunu Sportnet.az-a açıqlamasında "Sabah" komandasının futbolçusu Coy Lens Mikels deyib.
27 yaşlı hücumçu "Karvan-Yevlax"da oynayan qardaşı Coy Slayd Mikelsin "Qəbələ"yə qarşı Azərbaycan Premyer Liqasının ilk turunun açılış matçında çıxışını izlədiyini bildirib.
Almaniyalı forvardın sözlərinə görə, Yevlax təmsilçisi yeni qurulmuş kollektuvdir: "Onlara zaman lazımdır, amma hər iki komandaya uğurlar arzulayıram".
O, "Sabah"ın UEFA Konfrans Liqasında Bolqarıstanın "Levski" klubuna 0:1 və 0:2 hesabları ilə uduzaraq, avrokuboklarda mübarizəni dayandırmasını belə şərh edib: “Mərhələ keçməyi çox istəsək də, rəqib komanda meydanda daha üstün çıxış etdi və öz fürsətlərini maksimum dəyərləndirdi. Biz isə bəzi epizodlarda istədiyimiz oyunu göstərə bilmədik və nəticə etibarilə bunu qəbul etməliyik".
Təsnifat mərhələsində iki dəfə het-trik edən Coy Lens Mikels “Sabah"ın heyətində ümumi qol sayını 50-yə çatdırıb. Bu nailiyyəti karyerası üçün önəmli sayan futbolçu baş məşqçi Valdas Dambrauskasın taktikasını öz oyun üslubuna uyğun tətbiq etməkdən zövq aldığını dilə gətirib.
O, Azərbaycan Premyer Liqasından gözləntilərini də açıqlayıb: "Hələ mövsümün başlanğıcıdır. Əsas rəqiblərimizdən olan "Qarabağ" kiçik komandalarla görüşlərdə xal itirmir. Bu komandanı atadan götürə bilsək, çempionluq uğrunda mübarizədən danışmaq mümkün olacaq. Bir qədər məyusuq, amma futbolda və həyatda hər şey belədir".
Aliya ƏLƏSGƏROVA