
Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün startı Filip Ozobiç üçün xüsusilə əlamətdar olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Turan Tovuz”da debüt edən 34 yaşlı yarımmüdafiəçi çempionatda 200-cü oyununu keçirib.
Yubiley matçı “İmişli” ilə səfər görüşünə (1:0) təsadüf edib. Öz karyerasında 200 oyunda 66 qol vuran Ozobiç bu uğuru ilə diqqət çəkib.
O, Premyer Liqada 2016/2017 mövsümündə “Qəbələ”də debüt edib. Dörd klubda forma geyinən yarımmüdafiəçinin göstəriciləri belədir:
- “Qarabağ”: 95 oyun, 35 qol
- “Neftçi”: 58 oyun, 15 qol
- “Qəbələ”: 46 oyun, 16 qol
- “Turan Tovuz”: 1 oyun
Qeyd edək ki, Filip Ozobiç Premyer Liqanın 33 illik tarixində 200 və daha çox oyun keçirən 156-cı futbolçudur.