
“Tottenhem”in isveçli yarımmüdafiəçisi Deyan Kuluşevski ciddi zədə səbəbindən ilin sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.
Sportnet.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi ötən mövsümün sonunda dizindən zədə alıb. Onun zədəsinin gözləniləndən daha ciddi olduğu bəlli olub.
Yada salaq ki, mövsümöncəsi məşq zamanı “Tottenhem”in digər hücumameyilli yarımmüdafiəçisi Ceyms Meddison da dizindən zədə alıb. O da 2026-cı ilə qədər paytaxt təmsilçisinə kömək edə bilməyəcək. Beləliklə, “Tottenhem” eyni anda iki hücumameyilli yarımmüdafiəçisini itirib.