
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində 2025 Avropa çempionatının (EBSL) final mərhələsində iştirak edacək.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının A qrupunda yer alan yığma komandanın heyətinə 12 oyunçu dəvət alıb.
Belçika və Litva ilə keçiriləcək oyunlara çağırılan futbolçular:
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov
Oyunçular: Sahib Məmmədov, Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran
Qürbətov, Bayram Bayramlı, Hüseynov Kamil.
Millinin oyunlarının təqvimi belədir:
11 sentyabr
16:00. Azərbaycan – Belçika
12 sentyabr
12:15. Litva – Azərbaycan
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Qeyd edək ki, final mərhələsində B Liqası hərəsində 3 komanda olmaqla iki qrupdan ibarət təşkil olunacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüş keçiriləcək.