
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ilk oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, U-19 İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Preddvor” stadionunda keçirilən görüş Elxan Abdullayevin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandadan qolları 46-cı dəqiqədə Ziya Şəkərxanov və 55-ci dəqiqədə Şahin İbrahimov vurublar.
Qeyd edək ki, U-19 beynəlxalq turnir çərçivəsində növbəti oyununu sentyabrın 6-da Farer adaları yığmasına qarşı keçirəcək.