
İslandiya və Azərbaycan milliləri arasında keçiriləcək dünya çempionatının seçmə qrup matçında gözlənilən azarkeş sayı açıqlanıb.
Sportnert.az-ın məlumatına görə, İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson və yeni kapitanı Hakon Arnar Haraldssonun iştirakı ilə təşkil olunan mətbuat konfransında bildirilib.
Qeyd olunub ki, sentyabrın 5-də Reykyavik şəhərindəki "Lauqardalsvöllur" şəhərində təşkil olunacaq görüşü 6000-dək tamaşaçı izləyəcək. Stadionun özü isə 15 min nəfərlikdir.
Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.