
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxıb.
Sportnet.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Portuqaliya yığmasının qonağı olub.
Barseluş şəhərindəki "Estadio Cidade" stadionunda keçirilmiş B qrupunun qarşılaşması meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Qolların hamısı ikinci hissədə vurulub. Rodriqo Mora 48-ci, Covani Kenda 52-ci, Leonardo Barrozo 57-ci, Karlos Forbs 73-cü, Vivaldo Semedo 90+3-cü dəqiqədə fərqlənib.
Azərbaycan millisi növbəti görüşünü sentyabrın 9-da "Dalğa Arena"da Bolqarıstana qarşı keçirəcək.
Avropa çempionatı, seçmə mərhələ
B qrupu
5 sentyabr
22:30. Portuqaliya - Azərbaycan - 5:0
Qollar: Rodriqo Mora, 48. Covani Kenda, 52. Leonardo Barrozo, 57. Karlos Forbs, 73. Vivaldo Semedo, 90+3
Hakimlər: Konstantinos Fellas, Pavlos Georgiu, Giorgios Xaralampus, Dimitris Solomu (hamısı Kipr)
Barseluş, "Cidade de Coimbra" stadionu
Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. Bu görüş saat 18:00-da start götürəcək.