
Azərbaycan Premyer liqasında IV turun “İmişli” - “Sumqayıt“ oyununun biletləri satışa çıxarılıb.
Sportnet.az-ın məlumatına görə bütün biletlərə 2 manat qiymət qoyulub.
Onları yalnız matçın keçiriləcəyi Quba Olimpiya İdman Kompleksindən almaq mümkündür.
Sentyabrın 13-də baş tutacaq oyun saat 16:30-da start götürəcək.
Xatırladaq ki, Bu, “İmişli”nin yeni məkanda ilk oyunu olacaq. Komanda ilk iki turda “Turan Tovuz” (0:1) və “Neftçi”ni (0:0) Şamaxı şəhər stadionunda qəbul edib.