Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində II tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, B qrupunda yer alan milli Bolqarıstan yığmasını qəbul edib.
Mərkəkən qəsəbəsindəki "Dalğa Arena"da keçirilmiş oyun heç-heçə ilə yekunlaşıb - 1:1. Meydan sahiblərinin yeganə qolunu 41-ci dəqiqədə Emin Rüstəmov vurub.
U-21-in baş məşqçisi Ayxan Abbasov bu gün əsas yığmanı Ukrayna ilə oyuna çıxaracağı üçün Bolqarıstanla matçda U-21-ə onun köməkçisi Elnur Çodarov rəhbərlik edib.
Qeyd edək ki, U-21 seçmə mərhələdə ilk oyunda Portuqaliyaya səfərdə 0:5 hesabı ilə uduzub. Bolqarıstan isə Cəbəllütariqə qalib gəlib - 3:0.
18:00. Azərbaycan - Bolqarıstan - 1:1
Qollar: Emin Rüstəmov, 41 - Nikola İliyev, 44
Baş hakim: Florian Lata
Baş hakimin köməkçiləri: Erind Burqu, Reydi Zaimi
Dördüncü hakim: Kreşnik Çyapi
(Hakimlər briqadası Albaniyadandır)
"Dalğa Arena".
Azərbaycan: 1. Səlim Həşimov, 5. Emin Rüstəmov, 15. Raul Məmmədov, 20. Ayxan Süleymanlı (k) (4. İbrahim Ramazanov, 46), 3. Rüfət Abbasov, 17. Nihad Əhmədzadə, 8. Emil Süleymanov (18. Oruc Məmmədov, 75), 23. Şahin Şahniyarov (13. Hikmət Cəbrayılzadə, 86), 11. Xəyal Əliyev, 14. Nahid Əliyev (7. Murad Məmmədov, 65), 9. Ağadadaş Salyanski
Ehtiyat oyunçular: 12. Rəvan Mirzəmmədov, 2. Eşqin Əhmədov, 10. Edqar Adilxanov, 19. Sadiq Şəfiyev, 21. Sənan Muradlı
Məşqçi: Elnur Çodarov
Bolqarıstan: 23. Aleks Bojev, 6. Martin Georgiyev, 14. Teodor İvanov, 5. Mixail Polendakov, 15. Dimitar Papazov, 16. Çvetoslav Marinov, 22. Asen Mitkov (21. Petko Panayotov, 67), 10. Nikola İliyev (k), 13. Georgi Lazarov (7. Roberto Rayçev, 66), 18. Kristiyan Balov (19. Nikolay Zlatev, 79), 11. Borislav Rupanov (9. Boris Dimitrov, 79)