
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bolqarıstan yığması ilə Avropa çempionatının seçmə oyununda itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, 45+1-ci dəqiqədə rəqib komanda bərabərlik qolunu vurduğu vaxt kapitan Ayxan Süleymanlı zədələnib.
Oyuna davam edə bilməyən Süleymanlı İbrahim Ramazanovla əvəzlənib.
Qeyd edək ki, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə çıxıblar. Ayxan Süleymanlı yığmaya "Sumqayıt"dan dəvət edilib.