
"21 yaşadək futbolçulardan ibarət millimizin nəticəsinə görə sevinirəm".
Sportnet.az xəbər verir ki, bunu hazırda Azərbaycan yığmasına rəhbərlik edən Ayxan Abbasov U-21 millisinin evdə Bolqarıstanla 1:1 hesablı heç-heçə etməsi barədə danışarkən deyib.
"Səfərdə Portuqaliyaya böyük hesabla uduzmuşduq, amma futbolçularımız orada yaxşı oyun göstərmişdilər", - 44 yaşlı mütəxəssis əlavə edib.