
Fransa milli komandası Azərbaycan yığması ilə 2026-cı il dünya çempionatının seçmə oyununa itki ilə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, Orelyen Çuameni İslandiya ilə D qrupunun II tur matçında qırmızı vərəqə alıb.
İspaniya "Real Madrid"inin dayaq yarımmüdafiəçisi 68-ci dəqiqədə açıq ayaqla sərt oyuna görə cəzalanıb. Portuqaliyalı baş hakim əvvəlcə ona sarı vərəqə göstərib, lakin VAR-a baxdıqdan sonra vərəqəni "qırmızı" ilə əvəzləyib.
Hazırda Fransa hesabda öndədir - 2:1.
Qeyd edək ki, oktyabrın 10-da Parisdəki "Park de Prens" stadionunda keçiriləcək Fransa - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.