
AFFA İntizam Komitəsi "Neftçi" klubunu 8 000 manat cərimələyib.
Sportnet.az-ın məlumatına görə, buna Azərbaycan Premyer Liqasında IV turun “Sabah”la ev oyununda azarkeşlərin davranışları səbəb olub.
45+2-ci dəqiqədə meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə "ağ-qaralar" 3000 manat cərimə edilib.
Bundan başqa meydan sahibi klub azarkeşlərinin kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirmələri səbəbindən 5000 manat ziyana düşüb.
Qeyd edək ki, oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.