
Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün V turu “Qəbələ”nin futbolçusu Ziya Şəkərxanov üçün əlamətdar olub.
Sportnet.az "qırmızı-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikləri oyunda debüt edib.
Beləliklə, bu mövsüm “Qəbələ”nin heyətində Premyer Liqada debüt edən futbolçuların sayı 4-ə çatıb. Daha əvvəl Fərid İsgəndərov, Nuğay Rəşidov və Süleyman Damadayev də elitada ilk oyunlarını keçiriblər.