
AFFA İntizam Komitəsi "Araz-Naxçıvan" və "Qarabağ"ı cəzalandırıb.
Sportnet.az xəbər verir ki, buna iki komanda arasında keçirilmiş Azərbaycan Premyer Liqasının V tur matçındakı olaylar səbəb olub.
Oyunun 28-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq diskvalifikasiyaya, klubu 500 manat cəriməyə məruz qalıb.
60-cı dəqiqədə isə “Qarabağ” azarkeşləri rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu isə Ağdam klubuna 5 000 manat cərimə bahasına başa gəlib.
Qeyd edək ki, oyun "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 5:0.