
Danimarkanın "Kopenhagen" klubu Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II tur matçı üçün bilet satışına başlayıb.
Sportnet.az paytaxtın eyniadlı təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlərə 200 kron (53 manat) qiymət qoyulub.
Oyunu izləmək istəyənlər sayt vasitəsilə vauçer alaraq, onu biletlə dəyişməlidirlər. Satış yalnız qonaq sektoru üçün olacaq.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlanacaq.