“Arsenal” İspaniya komandasına qarşı yoxlama oyunu təyin edib.
Sportnet.az “topçular”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mikel Artetanın komandası “Betis”lə qarşılaşacaq. Yoxlama oyunu avqustun 5-də İrlandiyada keçiriləcək.
“Arsenal” İngiltərə Premyer Liqasının cari mövsümündə keçirdiyi 31 oyundan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir. Komanda ikinci yerdə qərarlaşan “Mançester Siti”dən 9 xal qabaqdadır.
Artetanın yetirmələri Premyer Liqadakı növbəti oyununu aprelin 11-də, evdə “Bornmut”a qarşı keçirəcək.

















































































