2026-cı il dünya çempionatının Avropa zonası üzrə keçid pley-off mərhələsində Türkiyə millisinin rəqibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, Kosovo yığmasıdır.
Franko Fodanın baş məşqçi olduğu kollektiv yarımfinalda Slovakiyanı səfərdə məğlubiyyətə uğradıb - 4:3.
Martın 31-də keçiriləcək final matçında Türkiyə Kosovonun qonağı olacaq.
Qeyd edək ki, "ay-ulduzlular" yarımfinalda Rumıniyaya qalib gəlib - 1:0.



















































































