Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Liverpul”un hücumçusu Məhəmməd Salahın transferi üzərində işə başlayıb.Sportnet.az xəbər verir ki, 31 yaşlı futbolçu mövcud mövsümün sonunda İngiltərə klubunu tərk etməyə hazırlaşır.
Salah üçün digər namizədlər arasında “Əl-Qadisiyə” də var. “Əl-Nəsr” (Kriştiano Ronaldo və Salahın sabiq həmkarı Sadio Manenin oynadığı klub) və “Əl-Hilal” (Karim Benzemanın komandası) isə 33 yaşlı forvardın transferini nəzərdən keçirmirlər.
Xatırladaq ki, 2023-cü ilin payızında mediada “Əl-İttihad”ın Salah üçün 150 milyon funt sterlinq (təxminən 174 milyon avro) ödəməyə hazır olduğu barədə məlumatlar yayılmışdı. Cari mövsümdə Salah bütün turnirlərdə 34 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt portalının qiymətləndirməsinə görə, futbolçunun dəyəri 30 milyon avro təşkil edir.
















































































