AFFA İntizam Komitəsi II Liqada XIX turun “Araz Saatlı” – “Quba” oyununda baş vermiş insidentlərlə əlaqədar qərarlarını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, “Araz Saatlı”nın formasında problem olması səbəbindən matç gec başlayıb.
İntizam Komitəsi buna görə Saatlı təmsilçisini 150 manat cərimə edib.
“Quba” 4 futbolçusu sarı vərəqə aldığı üçün 70 manat cərimələnib.
85-ci dəqiqədə qonaq komandanın hücumçusu Vidadi Cəfərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb.
Cəfərov 3 oyunluq cəzaya, “Quba” 300 manat cəriməyə məruz qalıb.
Qeyd edək ku, hazırda Vidadi Cəfərov 20 qolla II Liqanın bombardiridir.


















































































