
"Zirə" komandası səfərdə "İmişli"yə qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının VI tur matçında ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, nigerli futbolçu İssa Cibrilla 70-ci dəqiqədə ayağı sürüşərək zədələnib.
Oyunu davam etdirə bilməyən 29 yaşlı müdafiəçi meydanı tərk edib. Onu Enrike Kustodio əvəzləyib.
Qeyd edək ki, hazırda "İmişli" hesabda öndədir - 1:0.