
Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” Muxtar Respublikaya səfər edəcək.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, oktyabrın 6-da yola düşəcək əsas komandanın futbolçuları və məşqçi heyəti ertəsi gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Saat 11:00-da isə Naxçıvan Muxtar Respublika stadionunda azarkeşlərlə görüş olacaq, onlara toplar və formalar hədiyyə olunacaq, eyni zamanda akademiyanın futbolçuları ilə əyləncə xarakterli oyun keçiriləcək.
Tədbirin sonunda imza günü təşkil olunacaq.