
Fransa Liqa 1-də çıxış edən "Monako" komandasına yeni baş məşqçi təyin olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Belçika millisinin sabiq futbolçusu Sebastyan Pokonyoliyə tapşırılıb.
38 yaşlı mütəxəssis avstriyalı Adi Hütteri əvəzləyib.
Qeyd edək ki, Sebastyan Pokonyoli daha əvvəl vətənində "Yunion"un baş məşqçisi olub.