
Albaniya yığması ilə 2026-cı il dünya çempionatının seçmə qrup oyunu zamanı Draqan Stoykoviç Piksi Serbiya millisinin baş məşqçi postundan istefa verib.
Sportnet.az-ın məlumatına görə, bu, baş məşqçinin canlı yayımda vəzifəsini tərk etdiyi ilk haldır.
Serbiyanın Leskovats şəhərindəki "Duboçitsa" stadionunda baş tutmuş qarşılaşmanın ikinci hissəsinin əvvəllərində Albaniya yığması öndə olduğu vaxt yerli fanatlar "Piksi, get" şüarları səsləndiriblər. Bu zaman Stoykoviç ayağa qalxıb və tribunaları salamlayıb. Daha sonra o, yerinə oturub ki, onu yenidən ayağa qaldırmasınlar.
Son dəqiqələrdə komandaya köməkçi-məşqçi Bata Jivkoviç rəhbərlik edib.
Albaniya yığmasının 1:0 hesablı qələbə qazandığı oyunun ardından Stoykoviç məsuliyyəti öz üzərinə götürərək, istefa verdiyini açıqlayıb. O, oktyabrın 14-də Andorraya qarşı səfər matçında Serbiya millisinin sükanı arxasında olmayacağını əlavə edib.