
AFFA-nı sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan növbəti təyinat alıb.
Sportnet.az xəbər verir ki, Mustafayeva Niderlandın "PSV Eyndhoven Vruven" və Belarusun "Minsk" komandaları arasında keçiriləcək qadınlar arasında Avropa Kubokunun II təsnifat mərhələsinin oyununda UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Cütün qalibi bir oyunun nəticəsində müəyyənləşəcək. Oyun isə oktyabrın 16-da neytral meydançada - Albaniyanın paytaxtı Tiranadakı Futbol Evinin stadionunda təşkil olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Görüşü Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.