
Kabo Verde yığması tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək.
Sportnet.az xəbər verir ki, Afrika komandası DÇ-2026-ya vəsiqə qazanıb.
Kabo Verde seçmə mərhələ oyununda Esvatini millisinə 3:0 hesabı ilə qalib gələrək, D qrupunda 1-ci yeri tutub. 23 xal toplayan komanda 10 turdan sonra 19 xala malik Kamerunu geridə qoyub.
Xatırladaq ki, Kabo Verde millisinin heyətində "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade və "Araz-Naxçıvan"ın orta sahə oyunçusu Patrik Andrade də çıxış edir. Lakin onlar Esvatiniyə qarşı oyunun iştirak ərizəsində yer almayıblar.
DÇ-2026 gələn il ABŞ, Kanada və Meksikada təşkil olunacaq.