
Azərbaycan I Liqasında V turun oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, lider "Şəfa" ardıcıl 5-ci qələbəsini səfərdə "Baku Sportinq" üzərində qazanıb - 2:1.
Paytaxtın digər təmsilçisi "Səbail" də evdə oynayıb və "Zaqatala"nı minimal hesabla yenib.
"Mingəçevir" evdə "Şimal"ı 3:1, MOİK "Cəbrayıl"ı 4:1 hesabı ilə məğlub edib.
Səfərdə qələbə qazanan yeganə komanda "Şahdağ Qusar" olub. Qusar təmsilçisi Ağsuda "Difai"dən güclü olub - 2:1.
I Liqa, V tur
17 oktyabr (cümə)
14:30. “Bakı Sportinq” – “Şəfa” - 1:2
Qollar: Zahid Mərdanov, 68 (öz qapısına) – Nahid Əliyev, 4. Pərviz Azadov, 41.
Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Rasim Axundov, Şamil İmanzadə
Buzovna qəsəbə stadionu, 200 tamaşaçı
16 oktyabr (cümə axşamı)
14:30. MOİK – “Cəbrayıl” - 4:1
Qollar: Seyxan Fərəcov, 8; 48 (p.); 60; Elmar Məmmədov, 52 - Tapdıq Əhmədov, 77
Qırmızı vərəqə: Zeynəddin Abdurahmanov, 64 (MOİK)
Binə qəsəbə stadionu. 80 tamaşaçı
14:30. “Mingəçevir” – “Şimal” - 3:1
Qollar: Abba Usman, 42; 57; Rəhim Cəfərli, 55 - Xəyal Bədirov, 17
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 100 tamaşaçı
14:30. “Difai” – “Şahdağ Qusar” - 1:2
Qollar: Hacıəli Şirəliyev, 33 - Sənan Ağalarov, 38; Famil Camalov (p.), 41
Ağsu şəhər stadionu. 100 tamaşaçı
15 oktyabr (çərşənbə)
16:00. "Səbail" - "Zaqatala" - 1:0
Qol: Kamran Quliyev, 84
“ASCO Arena”. 100 tamaşaçı