
Qanada 18 yaşlı seneqallı qapıçı Çeyk Turenin cansız bədəni tapılıb.
Sportnet.az xəbər verir ki, Seneqal səfirliyi və hakimiyyət orqanlarının məlumatına görə, gənc futbolçu cinayətkar şəbəkənin qurbanı olub.
Bir qrup qəsbçi Turenin ailəsini aldadıb və onun peşəkar futbol klubunda sınaq müddətində olduğuna inandırıblar. Daha sonra valideynlərindən külli miqdarda pul tələb edilib.
Qana səlahiyyətliləri hazırda Seneqal səfirliyinin bir neçə nümayəndəsinin də iştirak etdiyi ölümün dəqiq səbəbi ilə bağlı araşdırmalarını davam etdirir