
AFFA İntizam Komitəsi "Şamaxı" və "Kəpəz" klublarını böyük məbləğdə cərimələyib.
Sportnet.az-ın məlumatına görə, buna iki komanda arasındakı Azərbaycan Premyer Liqasının VIII tur oyunu zamanı baş verənlər səbəb olub.
Qarşılaşmanın 44-cü dəqiqəsində “Şamaxı”nın futbolçusu Abdullahi Şuaybu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq diskvalifikasiyaya, klubu 3 000 manat cəriməyə məruz qalıb.
"Kəpəz" 4 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar 700 manat ziyana düşüb.
Klublar hərəyə 1 500 manat cəriməni geyim formalarında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün ödəyəcəklər.
“Sumqayıt”la səfər oyununda isə “Karvan-Yevlax” meydançaya gec çıxıb və nəticədə görüş gec başlayıb. İntizam Komitəsinin qərarı ilə Yevlax klubu 3 000 manat cərimələnib.
Nəhayət, “İmişli” ilə səfər matçında 5 üzvü sarı vərəqə aldığı üçün “Qəbələ”yə 700 manat cərimə kəsilib.