"Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-nin "İnter Mayami" klubu ilə müqavilə müddətini uzadıb.
Sportnet.az-ın məlumatına görə, 38 yaşlı hücumçu komandada 2028-ci ilin dekabrınadək qalacaq.
Florida təmsilçisi MLS-də pley-off mərhələsinin "Neşvill"ə qarşı ilk oyunundan bir gün əvvəl bu barədə video-paylaşım edib. Həmin paylaşımda Messinin yeni stadionun tikintisinin gedişi fonunda müqaviləyə imza atması nümayiş etdirilib. Yeni arenanın gələn il hazır olacağı gözlənilir. Argentinalı futbolçudan fərqli olaraq, Serxio Buskets və Jordi Alba bu ilin sonunda karyeralarını başa vuracaq, Luis Suaresin isə müqaviləsi başa çatacaq.
Qeyd edək ki, Lionel Messi "İnter Mayami"yə 2023-cü ilin iyulunda keçib. O, əvvəllər Fransanın PSJ və İspaniyanın "Barselona" kollektivlərində forma geyinib.
HE’S HOME. pic.twitter.com/AUMJJYR5pF
— Inter Miami CF (@InterMiamiCF) October 23, 2025






































































