Bu gün La Liqanın 10-cu turunda cari mövsümün ilk “El-Klasiko”su keçirilib.
Sportnet.az xəbər verir ki, lider “Real Madrid” “Santyaqo Bernabeu”da əzəli rəqibi “Barselona”nı qəbul edib. Görüş Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları meydan sahiblərindən Kilian Mbappe 22-ci, Cud Bellingem 43-cü, “Barselona”dan Fermin Lopez 38-ci dəqiqədə vurub.
52-ci dəqiqədə Mbappe penaltidən yararlana bilməyib. Onun zərbəsini qapıçı Voytsex Şensnı dəf edib.
90+8-ci dəqiqədə "Barselona"dan Pedri qırmızı vərəqə alıb.
Bu qələbədən sonra “Real Madrid" xalını 27-yə yüksəldərək liderliyini daha da möhkəmləndirib. “Barselona” isə 22 xalla 2-ci pillədə qalıb.










































































