İspaniya La Liqasında X turun "Real Madrid" - "Barselona" matçı kütləvi toqquşma ilə yekunlaşıb.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşmış qarşılaşmanın ardından futbolçular arasında münaqişə yaşanıb.
Bu zaman "kral klubu"ndan Vinisius Junior, Kataloniya təmsilçisindən isə Rafinya daha fəal olub.
Qeyd edək ki, "Real Madrid" əsas rəqibi üzərində qələbə sayəsində xalını 27-yə çatdıraraq, liderliyini möhkəmlədib. "Barselona" isə 22 xalla ikinci yerdə gedir.











































































