Azərbaycan millisinin İslandiya və Fransa yığmalarına qarşı keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə qrup oyunlarının biletləri satışa çıxarılıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 13-də saat 21:00-da 8-ci km qəsəbə stadionunda ("Palms Sports Arena") keçiriləcək Azərbaycan – İslandiya oyununun və noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq Azərbaycan – Fransa matçının biletlərini yalnız iTicket-dən almaq olar.
İslandiya ilə qarşılaşmaya biletləri 5 manat, 7 manat, 10 maat və "VIP sılver" biletləri 30 manata, Fransa ilə oyun üçün isə 5 manat, 7 manat, 10 manat, 20 manat, 50 manat, VIP biletləri 200 manata almaq olar.














































































