UEFA Gənclər Liqasında "Sabah" və Fransanın "Nant" komandaları arasında keçiriləcək II təsnifat mərhələsinin cavab görüşü üçün təyinatlar açıqlanıb.
Sportnet.az xəbər verir ki, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə olunub.
Baş hakim Danilo Nikoliçə Yovan Qruyiç və Aleksandar Qovedaroviç yan xətt hakimləri qismində kömək edəcək. Dördüncü hakim funksiyasını isə azərbaycanlı referi Tural Qurbanov yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 5-də "Əlincə" stadionunda ("Bank Respublika Arena") keçiriləcək oyun saat 17:00-da başlanacaq. İlk qarşılaşmada "Nant" böyük hesabla qalib gəlib - 5:0.






































































