AFFA İntizam Komitəsi "Kəpəz" klubunu 10 000 manat cərimələyib.
Sportnet.az xəbər verir ki, buna Azərbaycan Premyer Liqasında IX turun “İmişli” ilə ev oyunu zamanı baş verənlər səbəb olub.
Matçın 25-ci dəqiqəsində “Kəpəz”in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. Hüseynov 4 oyunluq cəzalanıb, klubu 1 000 manat cərimə edilib.
38-ci dəqiqədə “Kəpəz” azarkeşləri hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Gəncə klubu 6 000 manat cərimələnib.
68-ci dəqiqədə isə gəncəli fanatlar pirotexniki vasitədən istifadə ediblər. Bu isə kluba daha 3 000 manat cərimə bahasına başa gəlib.
Turun digər cəzalarına gəldikdə, “Araz-Naxçıvan”la qarşılaşmada 4 üzvü sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat ziyana düşüb.
“Qəbələ” ilə səfər matçı bitdikdən sonra isə “Neftçi” azarkeşləri pirotexniki vasitədən istifadə ediblər. Bu isə paytaxt klubuna 3 000 manat cərimə bahasına başa gəlib.








































































