“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün son oyununu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib Niderlandın “Tigers Roermond” komandası olub.
Görüş Azərbaycan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Araz-Naxçıvan"ın qollarını Valerio Covanni 11-ci və 40-cı, Jan Perruzo isə 30-cu dəqiqədə vurub.
Beləliklə, qrupda 7 xal toplayan Naxçıvan klubu lider kimi 1/16 finala vəsiqə qazanıb. Bu mərhələnin püşkü noyabrın 6-da, oyunlar isə noyabrın 24-də və dekabrın 5-də keçiriləcək.







































































