"Çox xoşbəxtəm ki, evdə, azarkeşlərimiz önündə qələbə qazandıq. Vacib 3 xal idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Freddi Varqas evdə "Kəpəz"ə 5:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra klub televiziyasına açıqlamasında deyib.
26 yaşlı venesuelalı yarımmüdafiəçi növbəti turda "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan derbisi barədə də danışıb: "Deyərdim ki, bu, El Klasikodur. Ümid edirəm ki, növbəti oyunda da qələbə qazanaraq, aktivimizə 3 xal yazdıracağıq".
Qeyd edək ki, oktyabrın 9-da "Azersun Arena"da keçiriləcək Zəfər turunun oyunu saat 18:44-də başlanacaq.





































































