Azərbaycan Premyer Liqasının X turunda “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı məğlub edib – 2:1. Qarşılaşmadan sonra Tovuz təmsilçisinin baş məşqçisi Qurban Berdiyev mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb.
“Təxmin etdiyimiz kimi, oyun ağır keçdi. Bu mövsüm ‘Şamaxı’ kifayət qədər yaxşı futbolçularla güclənib və oyunlar keçdikcə daha da yaxşı oynayırlar. İkinci hissədə biz daha yaxşı çıxış etdik və qələbəyə layiq idik.
Futbolçularda bir qədər həyəcan var idi. Azarkeşlərin qarşısında oynamaq hər zaman məsuliyyət yaradır. Ola bilsin ki, bu, ilk hissədə oyunumuzun tam istədiyimiz kimi alınmamasına səbəb oldu. Amma ikinci hissədə toparlandıq və nəticədə layiqli qələbə qazandıq.”






































































