Elvin Bədəlov Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyununu keçirib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”nin müdafiəçisinin yubileyi Azərbaycan Premyer Liqasının X turuna təsadüf edib.
30 yaşlı müdafiəçi “Kəpəz”lə ev görüşündə (5:1) forma geyinib.
O, Premyer Liqadakı 200 matçda 3 qola imza atıb. Futbolçunun debütü 2013/14 mövsümündə “Neftçi”nin heyətində gerçəkləşib. Mərkəz müdafiəçisi “ağ-qaralar”ın heyətində 51 (1 qol), “Sumqayıt”da 149 (2 qol) oyun keçirib.
Bədəlov turnirin tarixində 200 və daha çox matça çıxan 157-ci futbolçudur. O, buna cari mövsümdə nail olan ikinci oyunçudur. Filip Ozobiç də “200”ü mövsümün gedişində arxada qoyub.



































































