Serbiyanın "Radniçki 1923" komandasının baş məşqçisi Mladen Jijkoviç oyun zamanı vəfat edib.
Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis səfərdə "Mladost"a qarşı ölkə çempionatı matçının 22-ci dəqiqəsində özünü pis hiss edib.
Həmin vaxt Jijkoviçin komandası 2:0 hesabı ilə öndə olub. Baş məşqçi xəstəxanaya aparılarkən, yolda keçinib. Hadisə ilə əlaqədar oyun yarımçıq dayandırılıb.
Qeyd edək ki, Mladen Jijkoviç "Radniçki 1923"ə bu il baş məşqçi təyin olunub. Əvvəllər o, Bosniya və Herseqovinanın "Zrinski" və Sloboda", eləcə də Albaniyanın "Şkupi" kollektivlərinə rəhbərlik edib. Jijkoviç futbolçu kimi Bosniya və Herseqovina millisində 2 oyun keçirib.
Tragedija u Lučanima, preminuo Mladen Žižović, utakmica Mladost - Radnički odmah prekinuta. pic.twitter.com/oOGnZiTOfW
— Aleksandar Ilić (@aleks89ilic) November 3, 2025









                 





    
    
    
    
    
    
    
    






















































