"Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasındakı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçında meydançada gərginlik yaranıb.
Sportnet.az-ın məlumatına görə, 46-cı dəqiqədə Estevan hücumda olduğu vaxt yerə yıxılıb.
Bu zaman topu ələ keçirən "Qarabağ" hücuma keçib. Kevin Medina topla irəlilədiyi vaxt "Çelsi"nin kapitanı Ris Ceyms onu qəsdən ayağından vuraraq, yerə sərib. O, komanda yoldaşının yerdə qaldığı halda, meydan sahiblərinin oyunu saxlamamasına etiraz olaraq, bu addımı atıb.
Nəticədə meydançada futbolçular arasında münaqişə baş verib. Avstriyalı baş hakim Sebastian Gishamer Ceymsə və münaqişəyə qarışan "Qarabağ"ın müdafiəçisi Mateus Silvaya sarı vərəqə göstərib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 2:2.










































































