VI İslam Həmrəyliyi Oyunlarında futzal üzrə Azərbaycan millisi ikinci oyununu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib Özbəkistan yığması olub.
Oyun Özbəkistanın 13:2 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin qollarını Emil Həsənzadə və Fərid Abbasov vurub.
İlk turda Liviyaya 5:4 hesabı ilə qalib gələn milli qrupda son oyununu noyabrın 8-də Səudiyyə Ərəbistana qarşı keçirəcək.














































































