Azərbaycan və Fransa yığmaları 2026-cı il dünya çempionatının seçmə qrup mərhələsindəki son tur oyununa itkilərlə çıxacaqlar.
Sportnet.az xəbər verir ki, meydan sahiblərindən Rüstəm Əhmədzadə cəzalı olduğu üçün qarşılaşmanı buraxacaq.
"Sumqayıt"ın forvardı Fransa ilə səfər (0:3) və İslandiya ilə ev (0:2) oyunlarında sarı vərəqə alıb.
Fransa millisindən isə Kuadio Kone İslandiya (2:1) və Ukrayna ilə ev matçlarında sarı vərəqə ilə cəzalanıb.
Reqlamentə əsasən, seçmə tsikldə ikinci sarı vərəqəni alan oyunçu növbəti görüşü avtomatik buraxır.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Fransa qarşılaşması saat 21:00-da başlanacaq.




































































