Azərbaycan Premyer Liqasında XII turun oyunları üçün hakim təyinatları açıqlanıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt" və "Qarabağ" arasında noyabrın 21-də keçiriləcək açılış oyunu gənc referi Fərid Hacıyevə tapşırılıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək daha bir qarşılaşmada - "Araz-Naxçıvan" - "Turan Tovuz" matçında isə təcrübəli baş hakim Rəvan Həmzəzadə iş başında olacaq.
21 noyabr
14:00. “Karvan-Yevlax” - “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Yevlax şəhər stadionu
19:00. “Sumqayıt” - “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
22 noyabr
15:00. “Araz-Naxçıvan” - “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldar Məmmədov
“Liv Bona Dea Arena”
17:30. “Zirə” - “Qəbələ”
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu
23 noyabr
15:00. “Sabah” - “Şamaxı”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
“Bank Respublika Arena”
17:30. “Neftçi” - “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sport Arena”