AFFA İntizam Komitəsi "Sabah" klubuna xəbərdarlıq edib.
Sportnet.az xəbər verir ki, buna Azərbaycan Premyer Liqasında XII turun “Sabah” – “Şamaxı” oyununda tamaşaçıların gətirdiyi qadağan olunmamış əşyaların stadiona buraxılmaması səbəb olub.
Qeyd edək ki, noyabrın 23-də keçirilmiş matçdan əvvəl klub əməkdaşları ərzaq məhsulları ilə stadiona girmək istəyən azarkeşlərin əllərindən qidaları alaraq, zibil qabına atıb. Oyun qolsuz yekunlaşıb - 0:0.











































































