“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 13-cü turunda “Neftçi”ni qəbul edib.
Sportnet.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib. Tükmənistanlı çalışdırıcı iki xal itirdiklərini bildirib:
“Təxmin etdiyimiz kimi oyun ağır oldu. Əfsuslar olsun ki, qol vura bilmədik. Mən belə fikirləşirəm ki, bu gün iki xal itirdik. Amma “Neftçi”nin də haqqını vermək lazımdır, sonadək vuruşdular.
Adətən belə komandalara qarşı oynamaq çətin olur. “Neftçi” də bu baxımdan belə idi. Hər kəs özünü belə anlarda göstərmək istəyir.
Qələbə qazana bilmirik. Mən də uşaqlara paltardəyişmə otağında dedim ki, 9 mümkün xaldan altısını itirdik. Buna səbəb rəqiblərimizn də güclü olması idi. Və biz həlledici məqamlarda daha dəqiq ola bilərdik”.
“Turan Tovuz” növbəti turda “Qəbələ”nin qonağı olacaq.








































































