Fransa "Nitsa"sının azarkeşləri komandanın futbolçuları Jeremi Boqa və Terem Moffini döyüb.
Sportnet.az xəbər verir ki, hadisə Liqa 1-də XIV turun "Loryan"la səfər matçından sonra baş verib.
"Nitsa" səfər matçından 1:3 hesablı məğlubiyyətlə qayıdıb. Komandanı öz bazasında 400-dək qəzəbli azarkeş qarşılayıb.
Fanatlar baş məşqçi Frank Ezin istefasını tələb ediblər və daha sonra oyunçularla münaqişəyə girərək, üzlərinə tüpürüblər və döyməyə başlayıblar. Ən çox xəsarət alanlar Boqa və Moffi olub.
Qeyd edək ki, hazırda "Nitsa" Liqa 1-də 17 xalla 10-cu, Avropa Liqasında isə xal toplamadan sonuncu - 36-cı pilləni tutur.



































































