Model Haydi Klum və komik Kevin Hart 2026-cı il dünya çempionatının püşkatma mərasimində aparıcı olacaqlar.
Sportnet.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə həmçinin məşhur musiqi ulduzları - opera tenoru Andrea Boçelli, pop ulduzları Robbi Uilyams və Nikol Şerzinger da çıxış edəcək.
5 dekabrda Vaşinqtondakı "John F. Kennedy Performing Arts Center"də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
Qeyd edək ki, hazırkı dünya çempionu Argentinadır. 2022-ci ildə argentinalılar finalda Fransanı məğlub ediblər. Əsas vaxt 3:3 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə güclü tərəf Argentina olub.





































































